“Zəfəran Hospital”-ın tanınmış həkimi Aslan Abdulla pasiyentləri ilə görüş keçirib
07 MART
1172

“Zəfəran Hospital”-ın tanınmış həkimi Aslan Abdulla pasiyentləri ilə görüş keçirib

Martın 2-də “Zəfəran Hospital”-ın tanınmış həkimi Aslan Abdullanın pasiyentləri ilə görüşü keçirilib. Görüşdə tanınmış həkim A.Abdulla xəstələri ilə səmimi ünsiyyətdə olub və əməliyyatdan sonra onların vəziyyəti ilə maraqlanıb. Həkim xəstələri ilə söhbəti zamanı sağlam həyat tərzinin önəminə diqqət çəkib və əlavə edib ki, istər əməliyyat keçirmiş, istərsə də əməliyyat olmamış insanlar buna xüsusi əhəmiyyət verməyi bacarmalıdırlar. Görüş zamanı mövzu “İnsanlarda Vitamin D çatmazlığı” olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır