Ən təhlükəli virus
14 MAY
459

Ən təhlükəli virus

Beynəlxalq Alimlər Qrupu insan həyatı üçün ən təhlükəli viruslarla bağlı hesabat hazırlayıb.

Bildirilir ki, ən təhlükəli virus hər il 1 milyon 340 min insanın həyatına son qoyan hepatitdir. Alimlərin fikrincə, insanların ölümünə təkcə xəstəliyin özü deyil, onun törətdiyi qaraciyər sirrozu, xərçəng və digər ağırlaşmalar da səbəb olur.

İkinci yerdə 1 milyon 200 mindən çox insanın həyatına son qoyan vərəm, üçüncü yerdə isə hər il 1 milyondan çox adamın ölümünə səbəb olan HİV virusu göstərilir.

Xəbəri “Lancet” nəşri verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır