Böyrəyində problem olanlar – BU YAZI SİZİN ÜÇÜNDÜR
22 MAY
316

Böyrəyində problem olanlar – BU YAZI SİZİN ÜÇÜNDÜR

Ramazanda ayında oruc tutanlar su və digər mayeləri normadan az qəbul edirlər. Orqanizmə daxil olan maye azlığı da müəyyən problemlərə yol aça bilir.
Tibb.fins.az xəbər verir ki, urologiya üzrə uzman doktor Cem Şah bildirib ki, dializ xəstələri su qəbul etməyə və qidalanmaqlarına hər zaman xüsusi diqqət etməlidirlər:
"Normal vəziyyətdə uzun zaman susuzluğa qarşı orqanizmdə balans yaratmaq mümkündür. Lakin dializ xəstələrində bu, qəliz məsələdir. Bu xəstələrdə böyrəklərin çalışmaması səbəbi ilə maye yığılır və müxtəlif problemlərə təkan verir. Yığılan əlavə maye ödəm və ürək çatışmazlığı ilə nəticələnir. Dializ müalicəsi alan xəstələr oruc tutacaqlarsa, mütləq həkim nəzarətində olmalıdır. Diabet və ürək çatışmazlığı olanlar da bu qəbildəndir. Oruc tutmaq səhhətlərində ağırlaşma və yaxud başqa problemlər yaradırsa, oruc tutmaqları məsləhət deyil”. 
 
 
Böyrək daşı üçün limonat  
Ramazanda az su içmək böyrək daşı riskini artırır. Həkimin sözlərinə görə, buna qarşı ən yaxşı tədbir imsaqda və yaxud iftarda bol maye qəbul etməkdir:
"Daş və qum yaranmasının qarşısını alan təbii içkilər için. Sitral əleyhinə olan meyvələrdən olan limon ilk yerdə durur. Bu maddə böyrək xəstəliklərinə qarşı istifadə edilir. Ona görə də limonat hazırlayıb içə bilərsiniz”. 
Hər insanın sidik kanalında müəyyən miqdarda mikrob olduğunu qeyd edən uzman həkim bol maye məsləhət görür:
"Normal şəraitdə sidik kanallarından bol maye keçdikdə (sidiyə çıxdıqda) mikrobların toplanması mükün olmur. Lakin maye az qəbul edildikdə mikroblar artır. Xüsusi ilə qadınlarda az maye qəbulu ciddi sidik yolları infeksiyasına təkan verir. Əgər bu istiqamətdə probleminiz varsa, oruc tutmaqdan çəkinin və ya mütamadi olaraq həkim nəzarətində olun”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır