Xərçəng dərmanının istifadəsi dayandırıldı - Ciddi narazılıq yarandı
07 İYUN
1135

Xərçəng dərmanının istifadəsi dayandırıldı - Ciddi narazılıq yarandı

Latviyanın Tibbi Preparatlar Dövlət Agentliyi (SAM) xərçəng xəstələrinin müalicəsində istifadə olunan "Rigvir” adlı preparatın istifadəsini dayandırıb. 
Tibb.fins.az xəbər verir ki, SAM preparatın tərkibində bir neçə qüsur aşkarlayandan sonra bu qərarı verib. Qüsurların səbəbi hələ də aydınlaşdırılmayıb.  
Buna baxmayaraq, həmin dərmanın istifadəsi üçün qeydiyyatda olan 38 xəstə, habelə 5 xəstəxana və 16 onkoloq preparatın istifadəsinin davamı üçün rəsmi müraciət ediblər. 
Səhiyyə müfəttişliyi müraciətləri nəzərə alaraq, dərmandan həkim nəzarəti altında məhdud qaydada istifadəyə icazə verib. Lakin yeni xəstələrə bu dərman təyin olunmayacaq. Latviyada istehsal edilən "Rigvir” preparatı dəri xərçənginin müalicəsində istifadə olunur və tam dövlət nəzarətindədir. 
Preparat həmçinin Özbəkistan, Gürcüstan və Ermənistanda da qeydiyyatdan keçib. Dərmanın tətbiqinin dayandırılması ciddi narazılıqlara səbəb olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır