Vücudda ani titrəmə nədən olur?-Almaniya kanslerinin xəstəliyinin sirləri
28 İYUN
1540

Vücudda ani titrəmə nədən olur?-Almaniya kanslerinin xəstəliyinin sirləri

Qeyri-ixtiyari əzələ yığılması, səyrimə əllərdə, bədəndə,ayaqlarda və boyunda titrəmələrə səbəb olur. Bəs bu qəfil əsməcənin səbəbi nədir? Bütün dünyada sıx-sıx müşahidə edilən, ancaq səbəbi hələ də dəqiq bilinməyən titrəmələr həyat keyfiyyətini aşağı salır. Tibb.fins.az mövzu ilə bağlı məlumatları təqdim edir.

 Bütün yaş qruplarında görülən titrəmənin səbəbi bilinməyən hərəkət pozğunluğuna "Esansiyonel tremor” adı verilib.  
Orta yaşdan başlayan durum yaş ötdükcə irəliləyir. əlləri önə uzatdıqda, stəkan, qaşıq, çəngəl tutduqda belə hərəkət nizamsızlığı müşahidə edilir. Titrəmə ən çox əllərdə görülür. Daha sonra baş, boyun, ayaqlar, səs telləri və gövdədə ortaya çıxır.

 
Stress və yuxususluqdan yaranır.

 Səbəbi bilinməyən əsməcələr başlanğıcda xəstənin gündəlik həyat səviyyəsinə mənfi təsir edir. İrəlilədikcə isə daha pis nəticələr ola bilir. Tremor qeyri-ixtiyari, ritmik hərəkətlərdir. Yaranma səbəbindən asılı olaraq fizioloji, serebral (beyincik), distonik, essensial, ortostatik, Parkinsonizm, psixogen, alkoqolizm, periferik neyropatiya mənşəli ola bilər. 
Hərəkət və postura bağlılığına görə sakitlik, postural, hərəkət, intension, rubral tremor ayırd edilir.

 TİTRƏMƏYƏ TƏKAN VERƏN FAKTORLAR:

 • Həyəcan, stress, yorğunluq
 • Yuxusuzluq 
 • İfrat dərəcədə kafein qəbulu
 • Qan şəkərinin aşağı düşməsi 

 • Qalxanabənzər vəzi problemləri
 
  Altında yatan vacib xəstəkiklər: 
Parkinson xəstəliyi Esansiyonel titremeyi ilə qarışıdırlır. 

Səbəbi bilinməyən əsmə parkinson titrəməsindən 10 dəfə çox müşahidə edilir. Parkinson xəstəliyi sinir sisteminin təhlükəli və müəmmali xəstəliklərindən biridir. Bəzən bu xəstəliyə əsmə iflici də deyilir. Getdikcə ağırlaşan xronoki nevroloji xəstəlikdir. Əsasən 55-65 yaş arası insanlar bu xəstəlikdən əziyyət çəkir.

  

Əlamətləri bunlardır:

 • əsmə (tremor) 
 • hərəkətlərin yavaşıması (hipokineziya) 
 • əzələ gərginliyi (rigidlik)
 • postural dayaniqsizliq 
 • vegetativ və psixi oyanıqlıq 

Əsmə çox rast gəlinən və tez ayrid edilən simtomdur. Sakitlik halında baş verir. Ən çox bir əldə başlayır və tədricən xəstəlik digər ələ və ayağa da yayılır. 

Esansiyel Tremor qədər sıx müşahidə edilməsə də səbəbi bəlli olmayan ritmik hərəkətlərdir.
 Beyincik və beyin kötüyünün zədələnməsi zamanı yaranan hərəkətlər böyük amplitudlu və geniş olur. İntension əsmənin səbəbi beyin kötüyü və ya beyinciyin şişi, Vilson xəstəliyi, baş beyinin travmaları, damar xəstəlikləri, həmçinin dağınıq skleroz ola bilər.

Həmin xəstəliklərdən bəziləri – tireotoksikoz, beyincik zədələnməsi, alkoqolizm, narkotik maddələrinin qəbulu, dərmanların qeyri-düzgün istifadəsi, parkinson və əsəb sistemi xəstəlikləri mütləq müalicə olunmalıdır. 

Esansiyel Tremor kimi hərəkətlə ortaya çıxan titrəmə olsa da ondan daha şiddətli olur. Əllər hədəfə yaxınlaşdıqca əsmənin gücü artır. Həmin insanlar əllərini ağızlarına aparmağa çətinlik çəkirlər. Yeriyərkən, oturarkən də narahatlıqla qarşılaşırlar. Asta-asta irıəliləyən bu durum zamanla bütün hərəkətə mane olur. Nəticədə isə yazı yazmaq, yemək yemək, su içmək kimi hərəkətlərdə çətinliklər yaranır.
©Medicina.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır