Azərbaycan həkimlərinə şad xəbər - Maaşlar artır
11 İYUL
870

Azərbaycan həkimlərinə şad xəbər - Maaşlar artır

Gələn ildən Azərbaycanda həkimlərin əməkhaqqı artacaq və bu, iki hissədən ibarət olacaq.

Tibb.fins.az “Report”a xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında bildirib.

“Biz bunu pilot layihədə tətbiq etmişdik. Amma yeni əməkhaqqı pilot layihədəkindən fərqli olacaq. Çünki pilot layihə zamanı qarşılaşdığımız çətinliklərlə bağlı növbəti ildən işimizi daha da təkmilləşdirəcəyik.

İki hissə isə ondan ibarətdir ki, bir tərəfdən həkimin aldığı maaş artacaq və bu, sabit olacaq. Digər tərəfdən isə həkimin göstərdiyi xidmətə görə onun əməkhaqqına əlavələr olacaq”, - Z.Əliyev bildirib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır