Psoriaz xəstəliyinin müalicəsi bu KLİNİKADA
05 AVQUST
811

Psoriaz xəstəliyinin müalicəsi bu KLİNİKADA

Psoriaz xəstəliyi— əsasən dəri zədələnməsilə müşayiət olunan xroniki, qeyri-infeksion xəstəlikdir.
Psoriazın yaranma səbəbləri məlum deyil. Lakin bir çox faktorlar aşkarlanıb ki, onların da psorioza təkan verdiyi sübut olunub. Xəstəliyin genetik əsasları olduğu güman edilir. Ətraf mühit faktorları və immun sistemin qarşılıqlı əlaqəsi də psoriazın inkişafında mühüm rol oynayır. 
Xəstəlik lokal və yayılmış olur. Psoriaz zamanı çox vaxt dəridə qırmızı-çəhrayı səpgilər və dərinin qabıq verməsi müşahidə olunur. Əksər hallarda səpgilər dirsəklərdə, dizlərdə, baş nahiyəsində əmələ gəlir. Dəridən əlavə psoriaz zamanı dırnaqlar, saçlar, oynaqlar və daxili orqanlar da zədələnir. 
Psoriaz müalicəsi olmayan bir xəstəlikdir, amma müalicə ilə davamlı və dayanaqlı remissiya( xəstəlik əlamətlərinin olmadığı bir dövr) əldə etmək olar. Psoriaz xəstəliyi yoluxucu deyil.
Klassik təbabətdə bu xəstəliyi hormonal və sitostatik dərman preparatları ilə müalicə edirlər. Bu dərman preparatları müxtəlif orqan və sistemləri zədələyir. 
Bioloji Təbabət Klinikasında biotənzimləyici terapiya ilə psoriaz xəstələrində uzun müddətli remissiya əldə edilir. Biotənzimləyici terapiyada İstifadə olunan dərmanlar, Almaniya istehsalı olub, təbii tərkiblidir, nanodozalardadır və heç bir orqana zərər vurmur.
Psoriazın müalicəsi üçün klinikamıza müraciət edə bilərsiniz⬇️

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır