SNN Medical: Dişlərin düzgün şəkildə fırçalanması və qulluğu
07 AVQUST
612

SNN Medical: Dişlərin düzgün şəkildə fırçalanması və qulluğu

Diş ağrısının nə olduğunu hamımız bilirik.Yəqin ki, bu əzabı təkrar çəkmək istəməzdik.Ən əsası uşaqlarımızın diş agrısından əziyyət çəkməsini heç istəməzdik. Gəlin düşünək: dişlərin təmizlənməsinin elmin ən son nailiyyətlərinə əsaslanan üsullarını hamımız bilirikmi? ⠀

Dişlərimizi nə dərəcədə düzgün fırçalayırıq?
⠀⠀
Tibb.fins.az xəbər verir ki, dişlərinizi ən azı gündə 2-3 dəfə təmizləyin.Hətta,imkanınız olsa yediyiniz hər şirniyyatdan və ya dadlı konfetdən sonra dişlərinizi təmizləyin.

Diş əti çox incədir.Ona görə də dişləri təmizləyərkən ehtiyatlı olun və incə hərəkət edin.Əgər dişləri təmizləyəndə həddindən artıq bərk və ya böyük güclə təsir etsəniz onda diş ətinə zərər yetirə bilərsiniz.Bunun nəticəsində dişlərdə qanaxma baş verə bilər.

Üfunətli nəfəs törədən bakteriyaları kənar etmək üçün dilinizi təmizləyin.Bunu da yumuşaq edin,çünki dilinizdə asanlıqla qopa bilən dad düymələri var.

Dişlərin təmizlənməsində diş sapından da istifadə edə bilərsiniz.Ancaq bunu dişləri fırçaladıqdan sonra etməlisiniz.Çünki, əgər dişlər fırcalanmayıbsa onda diş sapı ilə təmizləyərkən bakterialar damağa yeridilə bilər.

Dişlərin təmizlənməsində ən optimal vaxt 3 dəqiqədir. Buna baxmayaraq yeni üsul dişləriniz üçün çox xeyirlidir və sizdə xoşbəxtlik hissi oyadacaq. Gələcəkdə əmin olacaqsınız ki, qaydalara uyğun gigiyenik təmizləmənin effekti sizə ömürlük və hamar dişlər verəcək. Dişlərinizin daha gözəl görünüşü və sağlamlığı üçün SNN Medical-a gəlin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır