AMT klinika: blefarit xəstəliyinin ƏLAMƏTLƏRİ
14 AVQUST
213

AMT klinika: blefarit xəstəliyinin ƏLAMƏTLƏRİ

Göz qapaqları kənarlarının qızarması, qaşınması, onların qalınlaşması, qabıq verməsi, kirpiklərin tökülməsi ilə müşayiət edilərsə, bu, blefarit xəstəliyidir. Tibb.fins.az xəbər verir ki, onun səbəbi isə göz qapaqları kənarlarında yerləşən vəzilərin iltihablaşmasıdır. 
Səbəbləri:
Qidada vitaminlərin olmaması, infeksion xəstəliklər, həzm sistemi xəstəlikləri və həyat şəraitinin pis olması xəstəliyin əmələ gəlməsində rol oynayır. Yaxıngörmə və uzaqgörmə, xroniki infeksion konyuktivit də xəstəliyin əmələ gəlməsinə səbəb ola bilir. 
Simptomları:
✔Gözlərdə qaşınma;
✔Gözlərdə ağ pulcuqlar;
✔Gözlərdə yorğunluq;
✔İşığa həssaslıq;
✔Qırmızı, şişkin göz qapaqları;
✔Kirpiklərin tökülməsi.

Bütün bunların müayinə və müalicəsi AMT klinikada həyata keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır