Bioloji Təbabət Klinikası: Hər bir qadın altı aydan bir ginekoloji müayinədən keçməlidir
14 AVQUST
186

Bioloji Təbabət Klinikası: Hər bir qadın altı aydan bir ginekoloji müayinədən keçməlidir

Ginekologiya - qadın orqanizmi, onun cinsi sistemi və reproduktiv funksiyasını öyrənən, onun xəstəliklərinin profilaktikası və müalicəsi ilə məşğul olan bir tibbi sahədir. Hər bir qadın altı aydan bir ildə iki dəfə olmaqla ginekoloji müayinədən keçməlidir.

Çünki simptomsuz keçə bilən xəstəlikləri vaxtında aşkar etmək üçün mütəmadi olaraq ginekoloq baxışı mütləqdir.

Tibb.fins.az ginekoloji xəstəlikləri sizə təqdim edir:


▫️iltihabi-irinli xəstəliklər: kolpit, adneksit, ooforit, salpingooforit
▫️cinsi infeksiyalar: süzənək, xlamidioz, herpes və s.
▫️hormonal : sonsuzluq, klimaks, menstruasiyanın pozulması
▫️törəmə xəstəlikləri: yumurtalıq kistləri, uşaqlıq mioması, uşaqlıq boynu eroziyası, endometriyanın hiperplaziyası
Müalicə: Bioloji Təbabətdə müalicə zamanı xəstəyə individual yanaşılır: pasientin fərdi xüsusiyyətləri, xəstəliyin etiopatogenezi nəzərə alınaraq müalicə təyin olunur. Biotənzimləyici terapiyada istifadə olunan preparatlar Almaniyada istehsal olunur – biotənzimləyici təsir göstərən bu preparatlar orqanların fizioloji funksiyasını, qarşılıqlı əlaqəsini və əks-əlaqəsini tənzimləyərək, immun, endokrin disfunksiyasını, iltihabı və s aradan qaldırmaqla sağalmaya səbəb olur. Bütün bunların müayinəsi və müalicəsi Bioloji Tebabet Klinikasında həyata keçirilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır