AMT klinika: Göz tənbəlliyi nədir?
15 AVQUST
187

AMT klinika: Göz tənbəlliyi nədir?

Göz tənbəlliyi (Ambliopiya) - Gözün inkişafının başlanğıc mərhələsində anormal görmə stimulyasiyası nəticəsində meydana gələn görmə azalmasıdır. Tibb.fins.az xəbər verir ki, anormal görmə siqnalları beyində görmə mərkəzinin neyroinkşafını pozur. Anormal siqnallar torlu qişada bulanıq görüntüdən və ya çəplik olan xəstələrdə bir gözün daha çox istifadəsi nəticəsində olur. 8 yaşından kiçik uşaqlarda göz tənbəlliyinin əmələ gəlmə riski çox yüksəkdir.

Göz tənbəlliyinin müalicəsi (daha çox 3 yaşından kiçik uşaqlarda effektiv olmaqla) 8-9 yaşına qədər faydalı olur.
Aşağıdakı qırma qüsurları gözdə tənbəllik verə bilər:
✔İki göz arasında olan hipermetropiya fərqi : +1,5 D
✔İki göz arasında olan miyopiya fərqi: -4.0D
✔İki göz arasında olan astiqmatizmanın fərqi: +1,5 D
✔Hər iki gözdə hipermetropiya +5,0 D
✔Hər iki gözdə astiqmatizm +2,5 D
    Müalicə üsulları:
✔Göz qapama bantları ilə sağlam gözün bağlanması və tənbəl gözün görməsini təmin etmək.
✔Damla ilə sağlam gözdə görüntünü bulanıqlaşdırmaqla tənbəl gözün işləməsinə şərait yaratmaq.
✔Sağlam gözə tünd kontakt linza taxmaq, eynəyin həmin tərəfdəki şüşəsinin rəngini tündləşdirmək. 
Göz qapama ilə olan müalicə tam gün və ya tənbəllik dərəcəsinə görə bir neçe saata qədər ola bilər.

Bütün bunların müayinə və müalicəsi AMT klinikada aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır