Türkiyədə 12 günlük körpəyə süni damar qoyulub
09 SENTYABR
212

Türkiyədə 12 günlük körpəyə süni damar qoyulub

Ankarada yaşayan Məryəm– Ersin İsem cütlüyünün 12 gün əvvəl 2 kiloqram 350 qram ağırlığında oğlan övladı dünyaya gəlib.

Məlum olub ki, yeni doğulmuş körpənin qanı ürəkdən ağciyərə daşıyan damarı inkişafdan qalıb. Təcili olaraq körpə Sami Ulus Təhsil və Araşdırma Xəstəxanasında əməliyyat edilib və ona 3,5 millimmetr ölçüsündə süni damar qoyulub.

Əməliyyat 1 saata yaxın davam edib. Uşaq uğurlu əməliyyatdan sonra reanimasiyaya yerləşdirilib, müayinə və müalicəsi davam etdirilir. Həkimin sözlərinə görə, əməliyyat balacanın ürəyi dayandırılmadan aparılıb. O deyib: "Mövcud problem uşaqda ana bətnində olanda yaranıb. Ağciyərə qan daşınması az qala mümkünsüz idi. Biz bu əməliyyatla həmin problemi aradan qaldırdıq. Məqsədimiz körpəni həyatda saxlamaq və sağlam etmək idi. Əməliyyat uğurlu keçdi, amma xəstənin ümumi durumu haqqında məlumat vermək hələ tezdir. Körpə müşahidə altındadır”.

Həkim qeyd edib ki, Türkiyədə tez-tez bu cür əməliyyatlar edilir. Bu problemlə bağlı xarici ölkələrdən də müraciətlər daxil olur. O bildirib ki, uşaqlarda müşahidə edilən kardioloji problemlərə təcili şəkildə müdaxilə edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır