Öd kisəsi xəstəliklərinə gətirib çıxaran səbəblər nələrdir? - Dr.Adil Isayev
27 SENTYABR
489

Öd kisəsi xəstəliklərinə gətirib çıxaran səbəblər nələrdir? - Dr.Adil Isayev

Öd öz-özlüyündə litogen (daş əmələ gətirmə) xüsusiyyətinə malikdir. Ödün bu xüsusiyyəti və bir sıra şərait yaradan faktorlar (öd yollarının daralması, iltihabi dəyişikliklər, xəstələrin qidalanma xüsusiyyətləri və s.) ödün kristallizasiya ocağını yaradır, bu isə sonradan daşların əmələ gəlməsi ilə nəticələnir.
Hamiləlik zamanı qadının orqanizmində proqesteron hormonunun səviyyəsi yüksəlir. Proqesteron isə bütün hamar əzələli orqanlara (o cümlədən də, öd kisəsinə) zəiflədici təsir göstərir (bunun əsas fizioloji mənası uşaqlığın əzələlərinin zəiflətməkdən ibarətdir ki, bu öz növbəsində uşaqsalmaya, vaxtdan tez doğuşa mane olur). Proqesteronun belə təsirindən öd kisəsində durğunluq yaranır, öd kisəsi daha zəif boşalır. Bu isə öz növbəsində öd daşı xəstəliyinin inkişafına və ya (qadında bu xəstəlik hamiləlikdən əvvəl olduqda) daha da kəskinləşməsinə səbəb ola bilər.

Müəllif: Dr.Adil Isayev

Sosial: https://www.facebook.com/adilisayev60

Əlaqə nömrəsi: (+994) 50 312-93-48

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır