Bu xəstəlik ən çox varlı ölkələrdə ölümə səbəb olur
30 SENTYABR
310

Bu xəstəlik ən çox varlı ölkələrdə ölümə səbəb olur

Xərçəng xəstəliyi gəlir səviyyəsi orta və yüksək olan ölkələrdə ürək-damar xəstəliklərindən daha çox ölümə səbəb olur.

Fins.az xəbər verir ki, bu barədə Kanadanın Makkaster Universiteti araşdırma aparıb.

5 qitədə yerləşən 21 ölkədə yaşayan minlərlə insanın yaşayış tərzinin analiz edildiyi qlobal araşdırmada xərçəng xəstəliyinin digər xəstəliklərdən və ölüm səbəblərindən 50 yaşdan sonra daha çox can aldığı üzə çıxıb. Araşdırmaya İsveç, Türkiyə, Çili, Argentina, Kanada və Polşa kimi ölkələr də daxil edilib.

Rifah səviyyəsinin daha aşağı olduğu Banqladeş, Pakistan, Hindistan və Zimbabve kimi ölkələrdə isə digər ölkələrdən əldə edilən nəticənin tam əksi çıxıb. Belə ki, bu ölkələrdə ürək-damar problemləri xərçəngdən 3 dəfə daha çox ölümə səbəb olur.

Araşdırmada istifadə edilən qlobal analiz proqramı çərçivəsində 2005-2016-cı illərdə 162 min 534 nəfərin həyat tərzi bilgiləri toplanılıb. Araşdırmanın yaş ortalaması isə 50 olub. (publika.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır