Bağ ağrısını necə kəsməli? - Ən effektiv dərmanlar hansıdır?
01 OKTYABR
372

Bağ ağrısını necə kəsməli? - Ən effektiv dərmanlar hansıdır?

Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bu gün hər 10 nəfərdən 7-si ən geniş yayılmış müxtəlif formalı baş ağrılarından əziyyət çəkir. Adətən baş ağrıları ciddi xəstəlik əlaməti olmur, gərginlik tipli olur və tətikləyici qıcıqlardan başlayır.

Amma elə baş ağrıları var ki, yanaşı əlamətlərlə gedərsə, bir çox xəstəliklərdən xəbər verə bilər.

Fins.az medicina.az-a istinadən Avropada, dünyada  Dünya Səhiyyə Təşkilatının tövsiyyələri ilə başı ağrıyan insanın ağrını necə və hansı dərmanlarla kəsə biləcəyi barədə məlumatı təqdim edir.

Araşdırmalara və tibbi təcrübələr görə baş ağrısı üçün bu gün ən effektiv hesab edilən dərmanlardan ilk öncə bunlar seçilməlidir:

-Kombinə olunmuş preparatlar Asetilsalisil turşusu - 250 mq , parasetamol 200 mq, kofein 50 mq
-İbuprofen 400 mq
-Diklofenak 12 mq
-Parasetamol 500 mq, kofein 65 mq

Yəni baş ağrısında bu 3 variandan birini seçib qəbul edə bilərsiz

Əgər ağrı şiddətlidirsə və bunları etdikdə keçmirsə,   növbəti dəfə 1000 mq dozada parasetamol seçilir

Əlavə olaraq, baş ağrıdıqda ilk növbədə aclıq və susuzluq kimi səbəblər aradan qaldırılmalıdır.

Sakitliyə çəkilib yuxuya getməyə çalışın
Baş ağrıyan gün qəhvə, tünd çay, alkoqol içmək olmaz

Əgər baş ağrısı gözün qaralması, üzün səyriməsi, qusma, danışıq və motorikanın pozulması ilə yanaşı gedirsə, təcili həkimə getməlisiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır