Laparoskopik xolesistektomiya əməliyyatı - Dr.Adil Isayev
01 OKTYABR
1237

Laparoskopik xolesistektomiya əməliyyatı - Dr.Adil Isayev

"Laparo” qarın boşluğu, "skopiya” baxıram deməkdir. Laparoskopik xolesistektomiya əməliyyatı ümumi narkoz altında aparılır, yəni xəstə yatır və heç bir ağrı hiss etmir. Qarın divarında 0.5 sm uzunluğunda 4 kəsik açılır. Bu kəsiklərdən qarın boşluğuna troakarlar daxil olur. Troakarlar boruya bənzəyir və onların içi ilə əməliyyat zamanı istifadə olunan alətlər daxil olunur. Alətlər troakarlar vasitəsi ilə qarın boşluğuna salınır və monitora baxılaraq əməliyyat həyata keçirilir. Qarın boşluğunda rahat işləmək üçün ora steril CO qaz vurulur. Bu zaman monitorda qarın boşluğu orqanları çox aydın görünür. Digər kəsiklərdən qarın boşluğuna mikrocərrahiyə alətlər-manipulyatorlar (qayçı, elektrokoaqulyatorlar və s.) yeridilir ki, bu alətlərin vasitəsilə cərrahi əməliyyat həyata keçirilir.
Əməliyyat zamanı öd kisəsi qaraciyər və ümumi qaraciyər axarından ayrılır, öd kisəsini qanla təchiz edən damarlar kliplənir. Öd kisəsi daşlarla birlikdə qarın boşluğundan çıxarılır, kəsiklərə tikişlər qoyulur. Cərrahi əməliyyat orta hesabla 30-40 dəqiqə davam edir. Laparoskopik əməliyyatından sonra xəstə təxminən 1 gün xəstəxanada qalmalıdır Xəstədə qan itirmə olmur. Əməliyyatdan sonrakı dövr də çox rahat keçir.

Laparoskopik əməliyyatın üstünlükləri nədir ?

1. Əməliyyatdan sonra ağrı bir gün və çox cüzi olur.
2. Xəstə narkozdan ayılandan 3-4 saat sonra  gəzir və özünə qulluq edə bilir.
3. Stasionarda qalma müddəti çox qısalır (1-gün)
4. Əmək qabiliyyəti çox qısa müddətə bərpa olur.
5. Əməliyyatdan sonrakı yırtıqların əmələ gəlmə riski sıfır dərəcəyə düşür .
6. Laparoskopik əməliyyat kosmetik əməliyyatdır, bir neçə aydan sonra heç bir izi qalmır.

Müəllif: Dr.Adil Isayev

Əlaqə nömrəsi: (+994) 50 312-93-48

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır