Şəkər xəstəliyindən əziyyət çəkən insanlar - Dr.Adil Isayev
09 OKTYABR
335

Şəkər xəstəliyindən əziyyət çəkən insanlar - Dr.Adil Isayev

Şəkər xəstəliyindən əziyyət çəkən insanlarda öd kisəsində daş varsa, hər hansı bir şikayət olmadan əməliyyata göstəriş var. Çünki ilkin mərhələdə heç bir ağrı hiss olunmaya bilər. Lakin şəkər xəstəliyinə görə bu insanlarda öd kisəsinin minimal iltihabı zamanı hadisə fəsadlaşır, ən ciddi fəsadlardan olan öd kisəsinin nekrozu, öd kisəsinin deşilməsi və iltihabın qarına yayılması kimi ciddi fəsadlar yarana bilər. Ümumiyyətlə, öd kisəsi daşı xəstəliyindən əziyyət çəkən xəstələrin ciddi fəsadlarla üzləşməməsi üçün vaxtında əməliyyat olunması tövsiyə olunur. Əgər daşların ölçüsü xırda olarsa, həmin daşlar öd kanalına düşür, mexaniki sarılıq əmələ gətirir və bu proses daha da fəsadlaşıb mədəaltı vəzinin iltihabı olan pankreatit , xolangit və pankreonekroz yarada bilər. Bu da bir neçə cərrahi əməliyyat deməkdir. Nadir hallarda kəskin pankreonekroz xəstənin ölümünə belə, səbəb ola bilər.

Müəllif: Dr.Adil Isayev

Əlaqə nömrəsi: (+994) 50 312-93-48

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır