BANK

01 December
210

Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi 10%-dən aşağı düşüb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il noyabrın 1-nə 1 384,9 milyon manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 4% azdır.

İlin əvvəlinə nisbətən isə problemli kreditlər 12,6%, son 1 ildə isə 18,5% azalıb.

Oktyabrın sonuna vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 9,6% olub. Bu nisbət sentyabrın sonuna 10,1%, ötən ilin sonuna 12,2%, ötən il oktyabrın sonuna isə 13,8% təşkil edib.

(c)renkinq