MARKETİNQ

29 November
221

Fransada Snickers qablaşdırmasında Bounty satdılar-Video

İdeyanin yaradıcıları göstərmək istəyirdilər ki, əgər bir insan vaxtında qəlyanaltı etmədikdə nə ilə qarşılaşa bilər.

Şokolad botonlarının istehsalçısı Snickers Fransada elə fransız alıcıları üçün dəyişiklik yolu ilə oyun təşkil edib.

Fins.az xəbər verir ki, keys şirkətin YouTube səhifəsində yerləşdirilib.

Kampaniya çərçivəsində Snickers bağlamasında məhdud sayda Bounty şokoladlarını satıblar. Alıcılar isə bunun kampaniya ola biləcəyinin belə fərqində deyildilər və məhsulun şəkil, videosunu qəzəbli mesajlar ilə sosial şəbəkədə paylaşırdılar. Sosial platformalarda yayılan qalmaqal isə adını “Snikersqeyt” aldı. Yalnız 1 gündən sonra isə aksiyanı yaradanlar açıqlama ilə çıxış etdilər. Marka alıcılara onların sloqanını xatırlamağa məcbur etdi. Acsansa, sən o sən deyilsən!

İstehsalçılar göstərmək istəyirdilər ki, insan vaxtında qəlyanaltı etmədikdə, hansı xaos və qarışıqlıq yarana bilər.

©Facemark.az