SƏNAYE

26 November
189

Azərbaycan 9 ay ərzində təxminən $23 mln. dəyərində qaz və elektrik sayğacları idxal edib

Azərbaycan 2019-cu ilin yanar-sentyabr aylarında ümumilikdə $23 mln. 270,43 min dəyərində qaz və elektrik sayğacları idxal edib. Fins.az xəbər verir ki, 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana $16 mln. 627,13 min dəyərində 254,279 min ədəd qaz sayğacı idxal olunub.

Sayğaclar Almaniya, Çin, Fransa, Niderland, Sloveniya, Türkiyə, Böyük Britaniya, İran, Rumıniya, Malayziya və Rusiyadan tədarük olunub. İdxalın əsas həcmi Fransanın ($13 mln. 984,38 min dəyərində 157,958 min ədəd) və Çinin ($2 mln. 251,23 min dəyərində 94,064 min ədəd) payına düşüb.

Yanvar-sentyabrda Azərbaycana, həmçinin $6 mln. 643,3 min dəyərində 247,82 mn ədəd elektrik sayğacı da idxal olunub. Tədarük Rusiya, İtaliya, Niderland, Çin, Türkiyə, Böyük Britaniya, Almaniya, İspaniya, Fransa və Koreyadan həyata keçirilib. İdxalın əsas həcmi Türkiyənin ($2 mln. 359,43 min dəyərində 170,394 min ədəd) və Çinin ($4 mln. 215,05 min dəyərində 77,066 min ədəd) payına düşüb.

2018-ci ildə ölkəyə $11 mln. 806,28 min dəyərində 169,028 min ədəd qaz sayğacı və $8 mln. 223,14 min dəyərində 294,142 min ədəd elektrik sayğacı idxal olunub.