SƏNAYE

29 November
168

TANAP dünyada həyata keçirilən ən nəhəng iqtisadi layihələrdən biridir

TANAP rekord sayıla biləcək müddətdə tamamlandı. Bundan başqa, TANAP Türkiyənin bölgədəki strateji əhəmiyyətini daha da artıracaq. Qardaş ölkənin təbii qaza olan tələbatının 10 faizdən çoxunu təmin edəcək bu boru kəməri mənbələri şaxələndirmək baxımından da xüsusi əhəmiyyət kəsb edir. TANAP boru təminatı, tikinti və mühəndislik kimi sahələrdə də Türkiyə iqtisadiyyatına böyük töhfələr verib. Layihənin icrası enerji təhlükəsizliyi və məşğulluğun təmin edilməsi ilə yanaşı, boru kəmərinin keçdiyi bölgələrdə əhaliyə dəstəyin göstərilməsinə də səbəb olub. Layihənin icrası zamanı ətraf mühit, səhiyyə, heyvandarlıq və təhsil kimi sahələrdə çox əhəmiyyətli investisiyalar reallaşdırılıb.

Qeyd edək ki, TANAP layihəsinə bir çox aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən maliyyə dəstəyi göstərilib. Məsələn, Avropa Komissiyasının qitənin bir neçə mühüm enerji infrastrukturu layihəsinə “CEF Energy” (Connecting Europe Facility) proqramı çərçivəsində TANAP layihəsinə ümumilikdə 48,4 milyon avro dəyərində qrantın ayrılmasına dair təklifini Avropa İttifaqı müsbət cavablandırıb. Qərara görə, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP layihəsinə “Boru kəmərinin katod mühafizəsinin quraşdırılmasının yoxlanılması və infrastrukturda remodifikasiya işləri ilə əlaqədar çertyoj və diaqramların yenilənməsi” sahəsində iş həcmlərinə ümumilikdə, 5 milyon 44 min 394 avro qrant ayrılıb.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.

Sonda qeyd edək ki, bu il noyabrın 30-da Azərbaycandan Avropaya qaz nəql edəcək Trans–Anadolu qaz boru kəməri işə salınacaq

Trans–Anadolu (TANAP) boru kəməri dünyada həyata keçirilən ən nəhəng iqtisadi layihələrdən biridir. Bunu adıçəkilən kəmərin “Şahdəniz-2” qazından savayı, Xəzər dənizindəki digər yataqların təbii qazını da daşıya biləcək gücündə olması faktı da təsdiqləyir. “SOCAR Turkey Enerji A.Ş.”nin xarici əlaqələr üzrə departamentinin rəhbəri Murat LeCompte bir müddət bundan əvvəl KİV-ə müsahibəsində bildirib ki, Türkiyə əvvəllər Bakı–Tbilisi–Ceyhan, Kərkük– Yumurtalıq boru kəmərləri və boğazlar vasitəsilə xam neft üçün keçid rolunu oynayırdı. İndi isə qardaş ölkə üzərindən Avropaya təbii qaz daşınacağı üçün Türkiyə Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən dövlət olacaq.

Qeyd edək ki, “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazı əvvəlcə Türkiyəyə, sonra isə Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə–Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi 2018-ci il iyunun 12-də keçirilən açılış mərasimində istifadəyə verilib, həmin il iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb.

Boru xəttinin Əskişəhərdən Türkiyə–Yunanıstan sərhədinə qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, sonra isə xəttə sınaq məqsədilə qaz vurulub.

TANAP Ardahanın Posof qəsəbəsindən başlayaraq Türkiyə ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru xəttidir. Bu xətt Türkiyə–Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə–Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan–Türkiyə sərhədi–Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər–Türkiyə– Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir.

Bu il iyulun 1-dən Avropaya qazın nəqli üçün tamamilə hazır vəziyyətə gətirilən TANAP tarixə, eyni zamanda, Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz xətti kimi düşüb. Türkiyə– Yunanıstan sərhədində TANAP ilə birləşəcək TAP boru kəmərində aparılan işlər 2020-ci ildə tamamlandıqdan sonra Azərbaycan qazı Avropa bazarlarına nəql olunacaq.

Xatırladaq ki, TANAP ildə 16 milyard kubmetr təbii qaz nəql edəcək. Bunun 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya veriləcək.

Yeri gəlmişkən, Türkiyə bu vaxtadək TANAP-la 3 milyard kubmetrdən çox Azərbaycan təbii qazı alıb. Cari ilin sonunadək isə bu həcm 4 milyard kubmetrə çatacaq. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

Layihə üzrə kapital xərcləri 8 milyard dollardır və bu vaxtadək TANAP-a təqribən 6 milyard dollar xərclənib.

TANAP-ın səhmdarları layihə üzrə illik 1,45 milyard dollar gəlir əldə edəcəklər. Həmin gəlirin 58 faizi Azərbaycanın payına düşəcək. TANAP indiyədək bir sıra mükafatlara layiq görülüb. Məsələn, ABŞ-da təsis edilən Beynəlxalq Biznes Mükafatı (The Stevie Awards) üzrə “Avropada ilin korporativ sosial məsuliyyət proqramı” nominasiyasında qalib seçilib. Yaxud, ətraf mühitin qorunması və davamlılıq sahəsində ən müvəffəqiyyətli layihələri qiymətləndirən və mərkəzi ofisi Böyük Britaniyada olan “The Green Organisation” tərəfindən beynəlxalq mükafata layiq görülüb.

TANAP layihəsinin icrası çərçivəsində indiyədək boru kəməri marşrutu boyunca sosial və ətraf mühitin mühafizəsi məqsədilə minədək layihə həyata keçirilib. Bu barədə TANAP-ın baş direktoru Saltuk Düzyol İstanbulda keçirdiyi mətbuat konfransında deyib. Bildirib ki, layihənin icrası zamanı boru kəmərinin keyfiyyətində, ətraf mühitin mühafizəsində, əməyin təhlükəsizliyində və sağlamlığın qorunmasında beynəlxalq standartlara əməl olunub.

Qeyd edək ki, layihə çərçivəsində 131 min 620 əsas xətt borusunun qaynağı reallaşdırılıb. İnşaat çərçivəsində 5 milyon kubmetrdən çox qazıntı işi və 7 minədək xüsusi keçid həyata keçirilib. Boru kəmərinin keçdiyi ən yüksək nöqtə 2760 metr, ən dərin nöqtə isə dəniz səviyyəsindən 65 metr aşağıda qeydə alınıb. Burada onu da xatırladaq ki, iki qardaş ölkə – Azərbaycan və Türkiyə, eləcə də qonşu Gürcüstan regionun inkişafı, rifah və dinclik üçün belə böyük layihənin həyata keçirilmə imkanını bütün dünyaya nümayiş etdirdilər.