SƏNAYE

30 November
284

Ərdoğan Putinlə “Türk axını”nın açılışını edəcək

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həqiqətən də 2020-ci ilin yanvarın əvvəlində birlikdə “Türk axını” boru kəmərinin açılışını etməyi planlaşdırır.

Fins.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Peskovun sözlərinə görə, liderlər yanvarın əvvəlində açılış edilməsi ilə bağlı yaxın günlərdə baş tutmuş telefon söhbətində razılaşıblar.