TENDER

27 November
185

Səhiyyə Nazirliyi təxminən 7 milyon manatlıq sifarişi bu şirkətə verdi

Səhiyyə Nazirliyi "Fərid İnşaat" firması ilə müqavilə imzalayıb.

Fins.az xəbər verir ki, müqavilə Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisi (I-ci mərhələ) ilə bağlıdır. Müqavilənin məbləği 6 milyon 852 min 838 manatdır.

Bu il ərzində Səhiyyə Nazirliyi Səhiyyə Nazirliyi Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi işlərini və Səhiyyə müəssisələrinin binalarında aparılacaq təmir işlərini də "Fərid İnşaat" firmasına həvalə edib. Sözügedən 2 sifarişin məbləği 19 milyon 412 min manat təşkil etmişdi.