24 October
3

Permanent makiyaj - Mövcud risklər

Permanent makiyaj heç bir fəsadı olmadan edilən məşhur kosmetik prosedur olaraq bilinir.

Amma onun da tibbi baxımdan, ağırlaşmalara səbəb ola biləcək riskləri mövcuddur. Onları üç qrupa bölmək olar:

Birinci qrup permanent makiyajla birbaşa əlaqəli deyil. Bu, prosedur zamanı cildin zədələnməsi, qanla, bədəndəki mayelərlə təmas bunun nəticəsində infeksiyaya (HİV, hepatit və s.) yoluxma ehtimalıdır.

Sözsüz ki, indi alətlərin əksəriyyəti birdəfəlikdir, amma yenə də infeksiya riskini görməzdən gəlmək olmaz.

Risklərin ikinci qrupu birinciyə bənzəyir. Belə ki, proseduru həyata keçirən ustanın tibbi təhsili yoxdursa, asepsis və antiseptiklərin qaydalarını bilmirsə, qoruyucu maska taxmırsa, tüpürcək belə infeksiya mənbəyinə çevrilə, infeksiya səbəbindən kəskin iltihablı reaksiya baş verə bilər.

Üçüncü qrupa allergik reaksiyalar daxildir. Buna həm prosesdə istifadə edilən hər hansı bir komponent, həm də piqmentlərin özləri səbəb ola bilər. Allergiyalar daha çox döymə və lazer istifadə edilən prosedurlarda özünü göstərir. Belə allergiyalar bəzən bir neçə saat ərzində keçib gedə, bəzən isə daha ağır fəsadlar verə bilər.

Ümumilikdə əksər hallarda permanent olduqca dinc prosedurdur və ağırlaşmalar, mənfi reaksiyalar olduqca az hallarda baş verir. Amma yenə də məsələn, allergiya kimi nəticələri əvvəlcədən müəyyən etmək mümkünsüzdür. Buna görə də diqqətli olmaqda fayda var.

Weather Icon
Bakı

seçilmiş FINS.AZ xəbərləri

12
AFB Bank işçi axtarır - VAKANSİYA
4
Azərbaycanda 3 bankın səhmdarı nizamnamə kapitalını azaldır
14
İcbari tibbi sığorta həkimlərin maaşlarını artırır

seçilmiş TURIZM.FINS.AZ xəbərləri

0
Səfir: "Son illər Azərbaycana səfər edən hindistanlı turistlərin sayı artıb"
0
CinemaPlus işçi axtarır - VAKANSİYA
0
Fransız dilini bilən şəxslərin Kanadaya köçmələri çox asanlaşdı - ƏTRAFLI

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI