19 November
161

Ən ucuz kosmetik vasitə - DİŞ MƏCUNU - Bilmədiyiniz faydalar

Diş məcunu tək dişlərin sağlamlığı və gözəlliyi üçün deyil, üz dərisi üçün də istifadə oluna bilər.

Diş məcunu dəriyə çox yaxşı antiseptik, ağardıcı və quruducu təsir edir, sızanaqları və civzələri yox edir, dərini tonuslaşdırır.

Fins.az saglamolun.az-a istinadən bildirir ki, kosmetik məqsədlərlə yalnız ağ rəngdə olan adi məcundan istifadə olunur.

Sızanaqlardan qurtulmaq üçün məcunu sızanaqların üzərində nöqtə şəklində çəkin və 30 dəqiqədən sonra yuyun. Bunu gündə bir neçə dəfə edin. Sızanaqlar ağarır, quruyur və daha tez yox olur.

Əgər üzünüzün böyük hissəsində səpgilər və sızanaqlar varsa, daha güclü vasitə hazırlayın. 1 həb aspirini əzin, bir az su əlavə edib qarışdırın, diş məcunu əlavə edin, yenə qarışdırın, dəriyə çəkin, 15 dəqiqə saxlayın və sonra yuyun.

Dərini ağartmaq məqsədi ilə məcunu limon şirəsi ilə qarışdırın (sıyıq kimi alınmalıdır), dəriyə çəkin, 15 dəqiqədən sonra yuyun.

Dəri üçün ekspress-maska resepti

Dərinizə qalın qatla diş məcunu çəkin, 5 dəqiqə saxlayın, sonra yuyun. Bu sadə maska dərini çox yaxşı tonuslaşdırır və ağardır.

Diqqət!

Diş məcunundan kosmetik vasitə kimi istifadə etdikdən əvvəl onu dərinizin kiçik bir hissəsinə çəkin. Dəridə gözəçarpan qızartı, qaşınma əmələ gəlibsə, bu allergiyaya işarə edir. Bu halda məcunu istifadə etməyin.

Həmçinin diş məcunu kosmetik vasitə olmadığına görə ondan sui-istifadə etməyin. Diş məcunu ilə maskaları həftədə 1-2 dəfə etmək kifayətdir.

Weather Icon
Bakı

seçilmiş FINS.AZ xəbərləri

110
Noyabrda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
117
İcbari tibbi sığorta 3000 tibbi xidməti - ƏHATƏ EDƏCƏK
157
İşçilərinə 10 milyon dollar payladı - QEYRİ-ADİ QƏRAR - VİDEO

seçilmiş TURIZM.FINS.AZ xəbərləri

0
Bu gündən bu aviareyslə birbaşa - UÇUŞLARA BAŞLANILIB
0
Hard Rock Cafe Baku-da Yeni İl şənliyi!
0
«Quba Palace Hotel»də Köhnə İlin son gününü və Yeni İlin ilk anlarını yaddaqalan edə bilərsiniz! - QİYMƏTLƏR

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI