09 September
16

Gözəllik salonlarının məşhur proseduru - Sağlamlığa zərər vura bilər

Qadınların çox istifadə etdiyi "kirpik uzatma" proseduru xoşagəlməz nəticələrə səbəb ola bilər.

Fins.az ölkə.az-a istinadən bildirir ki, Britaniyanın "Cadogan Clinic" oftalmologiya klinikasının həkimi Elizabet Houksun sözlərinə görə, son zamanlar süni kirpik istifadəsi ilə bağlı göz infeksiyalarının artımı müşahidə olunur.

"Kirpiklərin uzadılması prosedurlarının növləri artdıqca göz qapaqlarının infeksiyası isə bağlı təxirəsalınmaz problemlərin sayı da artır", - deyə ekspert izah edir.
O, kirpiklərin üstündə şiş çıxıntıları formasında üzə çıxan xroniki iltihab xəstəliyi - blefariti misal çəkib.

E.Houks xatırladıb ki, kirpiklər, ilk növbədə, gözü toz və mikroblardan mühafizə üçün nəzərdə tutulub, həmçinin görmə qabiliyyətinin qorunması üçün son dərəcə əhəmiyyətlidir. Gözəllik prosedurlarından həddən artıq istifadə isə kirpiklərin tökülməsinə səbəb ola bilər.

Weather Icon
Bakı

seçilmiş FINS.AZ xəbərləri

105
Dövlət və özəl pensiya fondları
161
Prezidentin problemli kreditlərlə bağlı fərmanının icra müddəti nə vaxt bitir?
135
Nazirlər Kabineti “Aqrar Sığorta Fondu”nun Nizamnaməsini təsdiqləyib - İZAH

seçilmiş TURIZM.FINS.AZ xəbərləri

0
2019-cu ilin üç ən yaxşı filmi açıqlandı - SİYAHI
0
Hər kəs “Qış nağılı” komediyasından danışır - VİDEO
0
Pasifico'da YENI İL gecəsi QİYMƏTLƏR

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI