17 October
3

Hər il 5 milyon insan tənbəllikdən ölür – Bəs siz tənbəlsiz?

Nə qədər qəribə səslənsə də, dünyada hər il 5 milyondan çox insan tənbəllikdən ölür.

Fins.az medicina.az-a istinadən bildirir ki, mütəxəssislər gənc və orta yaşlı insanlara həftədə ən az 75-150 dəqiqə məşq etmələrini tövsiyə edir. Çünki hərəkətsiz qalmaq ölümün ən vacib səbəblərindən biridir.

Hətta bəzi mütəxəssislər hesab edir ki, ölüm riskinə görə tənbəllik siqaret ilə eyni dərəcədə təhlükəlidir. Romada Avropa Kardiologiya Cəmiyyətinin (ESC) konqresində təqdim olunan hesabata görə, oturaq həyat tərzinin yaratdığı ürək-damar xəstəlikləri səbəbindən hər il 5 milyondan çox insan həyatını itirir. Bu həm də təkcə Avropada sağlamlıq xərclərinin 80 milyard avrodan çox olmasına gətirib çıxarır.

39 min insan üzərində aparılan araşdırmanın nəticələrinə görə, idman və fiziki aktivlik yaş və cinsiyyət faktoru da daxil olmaqla ürək-damar xəstəliklərində ölüm riskini daha da yüksəldir. Norveçli tədqiqatçı Dr. Javaid Nauman qeyd edir ki, davamlı məşq etməyin sağlamlığa necə xeyri olduğunu onsuz da bilirik. Lakin insanlar ürək-damar xəstəliklərini və ölüm riskini azaltmaq üçün nə qədər məşq etməli olduqlarının fərqində deyillər.

Weather Icon
Bakı

seçilmiş FINS.AZ xəbərləri

280
“NBCBank” işçi axtarır - VAKANSİYA
96
Ölkədə bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
253
Nurgun Holding işçi axtarır - VAKANSİYA

seçilmiş TURIZM.FINS.AZ xəbərləri

0
Peru Azərbaycandakı səfirliyini bağlayır
0
Rusiyadan Bakıya yeni reys açıldı
0
“CinemaPlus”da möhtəşəm Bayraq Günü - FOTO/VİDEO

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI