15 August
1

NARINC uşaq psixologiya mərkəzi: Uşaqlarda yuxunun pozulma səbəbləri

Uşaqlarda yuxunun pozulmasına səbəb yuxuda diksinmə, tənəffüs ləngimələri,lunatizm və gecə kabuslarıdır.

Qeyd edək ki, keçmiş zamanlarda özündə və ya övladında lunatiklik halları müşahidə edənlər dərhal magiya ilə məşğul olanlara müraciət edirdilər. Onlar bu qorxulu haldan falçıların müxtəlif məsləhətləri ilə azad olmağa çalışırdılar. Ancaq müasir dövrdə "lunatizim" bir xəstəlikdir. El arasında "lunatizm" adlandırılan bu xəstəliyə tibb elmində "somnambulizm" deyirlər. Və bu xəstəliyin müalicəsilə ilk vaxtlar nevropatoloqlar, sonra isə psixoloqlar məşğul olurlar.

Tibb.fins.az xəbər verir ki, uşaq gecə ərzində dərin yuxuda olur.Arada o vəziyyətini dəyişmək məqsədilə qısa müddətli oyanır.Tez bir zamanda dərin yuxuya gedir.Bəzən isə bu proses ləngiyir və uşaq oyanır.Bu zaman danışır,qışqırır,şüursuz hərəkətlər edir.6 yaşa qədər uşaqlarda bu heç bir psixoloi pozğunluğun əlaməti deyil.

Araşdırmalara görə 4-15 yaş arası uşaqların 25-30%-də bu hal müşahidə olunur.Adətən,uşaqlar yatdıqdan 1-2 saat sonra,yəni yuxunun en dərin vaxtında bu proses baş verir.

Yuxuda durub gəzmək daha çox stress yaşayan,qəza ilə üzləşən,həyəcakeçirən,yuxu sistemi pozulan uşaqlarda rast gəlinir.

Psixoloqların qənaətinə görə, gecələr yuxuda durub gəzən uşaqlar bu barədə valideynlərə məlumat verərkən onlar bir qədər təmkinli davranmalıdırlar. Belə ki, lunatikliyin nə olduğunu bilməyən uşaq yaşadıqlarından qorxa bilər. Bundan əlavə, uşaqlarda özünə güvənmə də zədələnə bilər.

Əgər sizin uşağınız lunatikdirsə,bu zaman siz onu qorumaq üçün tədbirlər görməlisiniz.Həmin tədbirlər aşağidakılardır:

- Gecə yuxusundan 2-3 saat öncə uşağınızın kompüterdə oyun oynamasına icazə verməyin.

-Uşağınızın gün boyu izlədiyi proqramların,oynadığı oyunların yaşına uyğun olub-olmadığına diqqət edin.

- Otağında ayağına ilişəcək, yıxılıb əzilməsinə səbəb ola biləcək əşyaları yığışdırın.

- Eyni hal təkrar olunarsa, onunla eyni otaqda yatın.

- Yatağının ətrafına islaq əski qoyun. Bu ona görədir ki, yatağından qalxan uşaq ayağını islaq əskiyə basıb oyana bilər.

- Yuxuda durub gəzənləri heç bir halda qollarından tutub sarsıtmayın, onlara səsinizi yüksəltməyin. Gözünüz üstündə olsun, amma davranışlarını məhdudlaşdırmayın. Etmək istədiyi hərəkəti sona çatdırmasını səbirlə gözləyin.

- Yatağından qalxıb gedən uşağınıza yumşaq bir səs tonu ilə geri qayıdıb yatmasını söyləyin. Böyük ehtimalla, sizə müsbət cavab verəcək.

Ən əsası isə çalışın uşaqların yanında yüksk səslə mübahisə etməyin.Unutmayın ki,uşaqların inkişafında yuxunun rolu əvəzsizdir. Bütün bunlar NARINC uşaq psixologiya mərkəzinin həkimləri tərəfindən tez bir zamanda müayinə olunur və aradan qaldırılır.

Weather Icon
Bakı

seçilmiş FINS.AZ xəbərləri

231
“NBCBank” işçi axtarır - VAKANSİYA
78
Ölkədə bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
69
Banklar ilə müzakirələr aparılacaq

seçilmiş TURIZM.FINS.AZ xəbərləri

0
Peru Azərbaycandakı səfirliyini bağlayır
0
Rusiyadan Bakıya yeni reys açıldı
0
“CinemaPlus”da möhtəşəm Bayraq Günü - FOTO/VİDEO

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI