23 August
46

Yuxusuzluq gərginlik və nevrotik pozuntu yaradır

Yuxusuzluq və yuxu pozuntusu halı ilə demək olar ki, çoxları üzləşib. Yuxusuzluq - yuxuya tam gedə bilməmək, yuxuya getməkdə çətinlik çəkmək, davamlı yata bilməmək problemi deməkdir.

İnsana orta hesabla 7-8 saatlıq yuxu bəs edir. Lakin hər kəsin yuxuya tələbatı fərqlidir. Doğrudur, tələb olunandan daha çox yatdıqda yuxu pozuntusu baş verir. Sağlam insan orqanizm özü yuxunun nə qədər kifayət etdiyini müəyyən edir. Eləcə də yuxusuzluğun müxtəlif səbəblərdən baş verdiyini nəzərə almaq lazımdır.

Tibb.fins.az xəbər verir ki, həkim-nevroloq Sevinc Salamovanın verdiyi məlumata görə, yuxu pozulması müxtəlif səbəblərdən ola bilər: “Yuxunun üç cür pozulması ayırd edilir: yuxuya getmə çətinliyi, tez-tez ayılma və ya yuxu müddətinin azalması. Çox vaxt hansısa xəstəliyə tutulanda yuxu ya azalır, ya da çoxalır”.

Problemə düzgün diaqnoz qoyulduqdan sonra müalicəyə başlamaq olar. Lakin bu məsələdə psixoloji amillər də nəzərə alınmalıdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Çimnaz Verdiyeva isə bu barədə bunları deyib: “Klinik problemlər zamanı həkimə müraciət etmək lazımdır. Təşviş və həyəcan pozuntusu olanda isə dərman müalicəsi qəbul edilməlidir”.

Psixoloqun dediyinə görə, problem aradan qaldırılmadıqda orqanizmdə müxtəlif digər problemlər baş qaldıra bilər: “Yuxusuzluq insanın psixo-fiziologiyasına çox mənfi təsir göstərir, bir çox hallarda daxili orqanlarda da problemlərin yaranmasına aparıb çıxara bilər, insanlarla ünsiyyəti və rəftarı pozur. İlk növbədə gərginlik və nevrotik pozuntu yaradır”.

Unutmaq olmaz ki, düzgün yuxu rejimi gün ərzində gümrahlıq hissi və pozitivlik bəxş edir. Bunun üçün səbəbindən asılı olmadan yuxu rejimini tənzimləmək lazımdır.

AZƏRTAC

Weather Icon
Bakı

seçilmiş FINS.AZ xəbərləri

321
TuranBankdan çoxfunksiyalı kart!
244
"İmtiyazlı əhali qrupunun sığorta haqqı dövlət tərəfindən ödəniləcək"
310
Rövnəq Abdullayev: "Biz Türkiyənin ikinci ən böyük qaz tədarükçüsünə çevrilmək əzmindəyik"

seçilmiş TURIZM.FINS.AZ xəbərləri

0
Gürcü xəngəli artıq BURC QALA'da - 1 MANAT
0
Azərbaycan daha bir beynəlxalq mükafata layiq görülüb
0
Fairmont Flame Towers'də Yeni İl Uşaq Ziyafəti - BİLETLƏR

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI