09 September
11

Pozitiv olmaq ömrü uzadır - Alimlərdən açıqlama

ABŞ da aparılan bir araşdırmaya görə, xoş niyyətli insanlar digərlərinə nisbətən 11 ilə 15 faiz daha uzun ömürlü olurlar.

Fins.az BBC-ə istinadən xəbər verir ki, Boston universitetində mütəxəssislər tərəfindən aparılan bir araşdırmada on minlərcə qadın və kişi yer alıb. Xəstələrin üzərində pozitivlik səviyyələri, ümumi sağlamlıq vəziyyətləri, idman, dieta, siqaret və spirtli içki alışqanlıqları yoxlanılıb.

Xəstəxanada aparılan araşdırma müddətində, qadınları 10 il, kişiləri isə 30 il müşahidə ediblər. Aparılan araşdırma pozitiv olanların 11 ilə 15 faiz daha uzun ömürlü olduqlarını və digərlərinə görə 85 yaşına qədər yaşaya bildikləri ehtimallarının daha çox olduğunu göstərilib.

Araşdırmaçılardan biri Proffesor Lewina Lee, ''ilk göstəricilərin daha pozitiv insanların hədəflərini gerçəkləşdirmək üçün özünə inamın, problemləri asan yolla həll etdiklərini və bunun da duyğularını və stress səviyyələrini daha rahat idarə etdiklərini göstərdiyini'' qeyd edib.

''Pozitiv olmaq ömrü uzadaraq, sağlam qocalmağa səbəb olur''.

Stressin immun sisteminə olan təsirləri haqda da danışan Lawina Lee, pozitiv insanların infeksiyalarla və stressin səbəb olduğu xəstəliklərlə daha asan başa çıxdıqlarını da xüsusi vurğulayıb.

Lee ''xoşbəxt bir gələcək xəyal etməyin insanlarda pozitivlik səviyyəsinin artdığını göstərdiyini qeyd edib.

Xoşbəxt və pozitiv insanların niyə daha uzun yaşadıqları ilə bağlı mübahisəli məsələlərin olmasına baxmayaraq yenə də pozitiv düşünməyin tərəfində olduğunu da bildirib. Mütəmadi olaraq neqativ düşünməkdən uzaq durmaq stresslə başa çıxmaqda çox yardımçı ola bilər.

Mütəxəssislər daima neqativi düşünən insanlara da ''xoşbəxt bir gələcək xəyalı ilə yaşamağın daha faydalı ola biləcəyi'' məsləhətini veriblər.

Yaxşı bəs necə daha pozitiv olmaq olar?

Northumbria universitetində çalışan alimlərdən biri Michael Smith də gündə iyirmi dəqiqə yazı yazmağın, kitab oxumağın, musiqiyi dinləməyin və aşiq olmağın stresslə başa çıxmaqda yardımçı ola biləcəyini bildirib. Smith eyni zamanda gündəlik ifadələrdə və ya insanın daxili iç səsi dediyimiz düşüncələrində də pozitiv sözlərdən istifadə etməyin əhəmiyyətli olduğunu qeyd edib.

Daha əvvəllər də alimlər pozitiv olmağın uzun ömürlülüyə təsir etdiyi barədə araşdırmalar aparmışlar.

Weather Icon
Bakı

seçilmiş FINS.AZ xəbərləri

106
Tanınmış tibb mərkəzindən 8 tender – MALLAR ALINIR
123
AFB Bank işçi axtarır - VAKANSİYA
144
İsveçrədə pulsuz təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

seçilmiş TURIZM.FINS.AZ xəbərləri

0
«Quba Palace Hotel»də Köhnə İlin son gününü və Yeni İlin ilk anlarını yaddaqalan edə bilərsiniz! - QİYMƏTLƏR
0
"Şəki Qala" restoranında fərqli Yeni İL - QİYMƏTLƏR
0
Buta Palace-da “Balacalar üçün böyük şənlik” - QİYMƏTLƏR

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI