11 October
17

Asan yuxuya getməyin 7 qaydası

Keyfiyyətli yuxu müxtəlif həyat fəaliyyətlərini gerçəkləşdirmək, bütün orqanların sağlam işləməsi üçün önəmlidir. Bəs, asan yuxuya getmək üçün nə etmək lazımdır?

Fins.az axşam.az-a istinadən asan və tez yuxuya getməyin 7 qaydasını təqdim edir:

1. Eyni saatda yatıb, eyni saatda qalxmağı davamlı hala gətirmək lazımdır. Həftəsonu çox yatmaq istəsəniz, pozduğunuz yuxu rejimi yeni həftədə əks reaksiyalar verəcək.

2. Axşamlar ağır yeməklər yeməməli, qazlı içkilərdən qaçmalısınız. Yatmadan 2-3 saat öncə yemək yeməməli, qəlyanaltı etməkdən əl çəkmək lazımdır. Tamamilə ac yatmamaq da önəmlidir. Bu zaman yuxuya getmək çətinləşir.

3. Yataq otağınızda istifadə etdiyiniz dekorasiya və rənglər də çox önəmlidir. Yatmazdan əvvəl oatğı havalandırmaq, içərinin qaranlıq və səssiz olmağından əminlik sezməlisiniz.

4. Axşamlar və gecə saatlarında qəhvə və kafein tərkibli digər içkilərdən uzaq gəzin. Kafein sizə enerji verib, yuxunuzu qaçıracaq.

5. Yatmazdan öncə duş almaq da faydalıdır. İlıq bir duş almaq, həm zehninizi, həm də bədəninizi təmizləyəcək. Sinir sisteminizi yumşaldacağı üçün yuxuya getməyiniz də çox asan olacaq.

6. Maqnezium tərkibli məhsullardan yetərli dərəcədə yararlanmağınız mütləqdir. Xüsusilə, balıq, yaşıl yarpaqlı tərəvəzlər və fındıqda olan maqnezium xoşbəxtlik hormonunu artırır.

7. Yuxudan öncə tez-tez nəfəs alıb-vermək, beyninizi boşaltmaq yuxuya getməyinizə müsbət təsir edəcək. Zəif səsdə musiqiyə qulaq asmaq və kitab oxumaq kimi seçimləriniz də var.

Weather Icon
Bakı

seçilmiş FINS.AZ xəbərləri

107
Tanınmış tibb mərkəzindən 8 tender – MALLAR ALINIR
123
AFB Bank işçi axtarır - VAKANSİYA
144
İsveçrədə pulsuz təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

seçilmiş TURIZM.FINS.AZ xəbərləri

0
"Şəki Qala" restoranında fərqli Yeni İL - QİYMƏTLƏR
0
«Quba Palace Hotel»də Köhnə İlin son gününü və Yeni İlin ilk anlarını yaddaqalan edə bilərsiniz! - QİYMƏTLƏR
0
Buta Palace-da “Balacalar üçün böyük şənlik” - QİYMƏTLƏR

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI