08 November
119

“Səbəb qadın yox, kişi də ola bilər” - Dr. Araz Bayramov

Araz Bayramov: “Bəzən ailə dağılandan sonra məlum olur ki, sonsuz olan qadın yox, kişi imiş”

Hər il dünyada milyonlarla ailə sonsuzluq səbəbindən dağılır. Ümümdünya Səhiyyə Təşkilatının hesabatına görə, hər nikaha daxil olan beş ailədən biri sonsuzluq problemi ilə üzləşir,

10 cütlükdən biri isə bu səbəbdən sonradan yollarını ayırır.

30 faizi kişilərin, 30 faizi qadınların, 40 faizi isə qarışıq səbəblərin payına düşən sonsuzluğu doğuran səbəblər müxtəlif olsa da, əsas səbəb genetik daşıyıcılarda, xromosomlarda olan uyğunsuzluqdur:

“Biz nəyi müşahidə edirik? Sonsuzluqdan əziyyət çəkən ailələrdə əvvəlcə qadınları müayinəyə cəlb edirlər. Kişilər ən sonda müayinə və müalicə olunur ki, bu da vaxt itkisinə gətirib çıxarır. Elə rəy yaranır ki, guya səbəbkar qadındır və ciddi araşdırma aparılmadan ailələr dağılır. Sonradan ər də, arvad da digər şəxslərlə nikaha daxil olur. Məlum olur ki, qadının uşağı var, kişi isə hələ də sonsuzdur. Bu mənada kişilərin cəsarətli olmasına, vaxtında müayinədən keçməsinə ciddi ehtiyac var”.

Kişi sonsuzluğunu doğuran əsas səbəb varikosel xəstəliyidir:

“Varikosel xaya damarlarının genişlənməsi xəstəliyidir. Məhz elə buna görə də, bizə sonsuzluqla bağlı müraciət edən xəstələri ilk növbədə xayaların USM-nə cəlb edirik. Əgər xəstədə Varikosel varsa, dərhal onu əməliyyata cəlb edirik. Bu mikroskopik əməliyyat heç bir ağrı, stress olmadan ən qısa zamanda həyata keçirilir. Unutmaq olmaz ki, Varikosel xəstəliyi olan kişilərin nəsil artırma qabiliyyəti demək olar ki, yox səviyyəsindədir. Digər səbəb prostatitdir (Prostat vəzinin iltihabi xəstəliyi). Belə vəziyyətlərdə biz sidik kanalına endoskopik yolla daxil olub, sidik kanalının darlığının olub-olmamasını müəyyən edir, bu hal aşkar olunarsa, holmium lazerlə kanal darlığını aradan qaldırırıq”.

Dr. Araz Bayramovla əlaqə saxlamaq üçün:

http://www.draraz.com/

https://www.facebook.com/uroloqandroloqdr.arazbayramov

Fransatəhsilli Uroloq Androloq Dr. ArazBayramovla görüş götürməküçün:

Əlaqənömrəsi: (+99455) 255-55-45

Whatsapp : (+99450) 234 55 60

Weather Icon
Bakı

seçilmiş FINS.AZ xəbərləri

622
TuranBankdan çoxfunksiyalı kart!
488
"İmtiyazlı əhali qrupunun sığorta haqqı dövlət tərəfindən ödəniləcək"
568
Rövnəq Abdullayev: "Biz Türkiyənin ikinci ən böyük qaz tədarükçüsünə çevrilmək əzmindəyik"

seçilmiş TURIZM.FINS.AZ xəbərləri

0
Gürcü xəngəli artıq BURC QALA'da - 1 MANAT
0
Azərbaycan daha bir beynəlxalq mükafata layiq görülüb
0
Fairmont Flame Towers'də Yeni İl Uşaq Ziyafəti - BİLETLƏR

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI