23 July
58

Ürək astması – İnsanı bir anda öldürə bilən xəstəliyin səbəbləri, əlamətləri

Ürək astması ürəyə bağlı tənəffüs çatışmamazlığı, boğulmadır. Əgər vaxtında tibbi yardım göstərilməsə, xəstə ölə bilər.
Xəstəlik sağ mədəcik çatışmazlığında olur. Kiçik qan dövranında durğunluq yaranır, qan plazması ağciyərlərin toxumasına və bronxlara keçir, ağciyərlər şişir və boğulma başlayır.
Medicina.az bəzən digər xəstəliklərlə səhv salınan ürək astmasının səbəblərini təqdim edir:
-Mirtal stenoz
-Ürəyin işemik xəstəliyi
-İnfarkt
-Anevrizma
-Qlomerulonefrit
-Kardioskeroz
-Aritmiya
-Ürək klapanı yetməzliyi
-Damarlarda qan kütləsinin artması
-Ürək çatışmazlığı
Simptomları:
Daha çox gecə vaxtı, uzandıqda, yatmağa hazırlaşdıqda tutur.
-Boğulma
-Quru öskürək
-Dərinin avazıması
-Barmaqlar, burun ətrafı, ağzın göyərməsi
-Tərləmə
-Ağciyərlərdə xışıltı
-Bronxospazm
Belə əlamətlər bronxial astma ilə oxşar olduğundan diaqnoz qoyulmasında çətinlik yaradır və əlavə müaynələrə ehtiyac olur
Diaqnoz
Kardioloq və ağciyərlər üzrə mütəxəssis tərəfindən qoyulur.
Müalicə üçün:
Tutmalar zamanı nifedipin və ya nitroqliserin dil altına qoyulur, oksigen inhalyasiyası olunur, ürək qlükozidləri yeridilir.
Müalicəsi tam mümkün olmasa da, tutmaları azaltmaq və ümumi vəziyyəti stabil tutmaq olar.
Weather Icon
Bakı

seçilmiş FINS.AZ xəbərləri

321
TuranBankdan çoxfunksiyalı kart!
244
"İmtiyazlı əhali qrupunun sığorta haqqı dövlət tərəfindən ödəniləcək"
310
Rövnəq Abdullayev: "Biz Türkiyənin ikinci ən böyük qaz tədarükçüsünə çevrilmək əzmindəyik"

seçilmiş TURIZM.FINS.AZ xəbərləri

0
Gürcü xəngəli artıq BURC QALA'da - 1 MANAT
0
Azərbaycan daha bir beynəlxalq mükafata layiq görülüb
0
Fairmont Flame Towers'də Yeni İl Uşaq Ziyafəti - BİLETLƏR

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI