10 October
3

Yayılan qrip virusudur, yoxsa… - Həkim məsləhəti

Havaların dəyişkən keçməsi müəyyən xəstəliklərə də yol açır. Bu səbədən son günlər qripə yoluxmuş insanların sayı artıb. Virus təkcə uşaqlarda deyil, böyüklərdə də müşahidə olunur.

Fins.az bildirir ki, mövzu ilə bağlı axar.az-a danışan pediatr Vaqif Qarayev bildirib ki, müşahidə olunan xəstəlik mövsümidir və heç bir epidemiya yoxdur:

"Havalarla əlaqədar mövsümi xəstəliklər yavaş-yavaş artır. Bu təbii prosesdir. Biz adi burun tutulmasına da məişətdə qrip deyirik, ancaq düzgün deyil! Qrip xüsusi viruslar tərəfindən törədilən, bəzən ölümcül fəsadları olan ağır xəstəlikdir. İndi rast gəlinən xəstəliklər daha yüngül gedişlidir, ağırlaşmalar demək olar ki, olmur. Bunu yüngül soyuqdəymə də adlandırmaq olar".

Xəstəliyin müalicəsindən danışan həkim bildirib ki, bu kimi hallarda öskürək və qızdırmanın olması normaldır. Lakin belə vəziyyət müşahidə edildiyi zaman antibiotik istifadəsinə tələsmək lazım deyil:

"Hər qızdırmaya, hər öskürəyə antibiotik vermək olmaz. Həkim təyinatı olmadan istifadəsi isə tamamilə yolverilməzdir. Yersiz istifadə olunan antibiotiklərin ciddi fəsadları olur. Hətta apteklərdə də qizdirmasalıcı kimi antibiotik təklif edərlərsə, onları da almayın".

Həkim həmçinin əlavə edib ki, belə zamanlarda xüsusilə uşaqlar arasında bu kimi hallar müşahidə edilərsə, onların məktəbə, bağçaya getməsi doğru deyil:

"Soyuqlamış uşaq məktəbə və ya bağçaya gedəcəyi halda xəstəliyi daha da ağırlaşmış olacaq. Həmçinin yoldaşlarını da buna yoluxduracaq. Yaxşı olar ki, mövsümlə əlaqədar soyuqlamış uşaqlar tam sağaldıqdan sonra məktəbə, bağçaya göndərilsin".

Pediatr Altay Abdullaoğlu isə bildirib ki, adətən, öskürmə və asqırma yolu ilə ötürülən belə xəstəliklər zamanı diqqətli olmaq lazımdır ki, ağırlaşma olmasın:

"Havaların qəfil dəyişməsi ilə adətən qrip virusuna yoluxma halları artır. Bu xəstəliyin əsas simptomları titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, zəiflik və ümumi narahatlıqlardır. Qrip kəskin şəkildə olduqda sətəlcəm ilə nəticələnə bilər. Mütləq olaraq onu qeyd edək ki, qrip müalicəsində antibiotik istifadəsi doğru deyildir. Bu bütün dünyada qəbul olunmuş tibbi bir göstərişdir. Qrip virus mənşəli xəstəlik olduğu üçün antibiotiklərin bu xəstəliyin müalicəsində tam yararsızdır. Bu xəstəlik əsasən ev şəraitində müalicə olunur. Xəstəliyin yüngül, ilk mərhələlərində xəstəyə bol maye, vitaminlə zənginləşdirilmiş qidalar verilməlidir. Uşağın dincəlməsinə, rahatlığına fikir verilməlidir. Xəstə körpə olan otağın havası mütəmadi havalandırılmalıdır və xəstə ümumi nəzarətdə saxlanılmalıdır. Ağırlaşma hallarında mütləq bir

Weather Icon
Bakı

seçilmiş FINS.AZ xəbərləri

111
Bank BTB-nin yeni “Gənclik” filialı fəaliyyətə başlayıb
80
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 6% artıb
84
Meyvə-tərəvəz, pambıq lifi, eləcə də plastmass və onlardan hazırlanan məmulatların ixracı artıb

seçilmiş TURIZM.FINS.AZ xəbərləri

0
Avstraliya aviaşirkəti 19 saatlıq kommersiya uçuşu həyata keçirib
0
Əcnəbi tələbələrə xüsusi yardımlar edən ölkələr – Pulsuz xaricdə təhsil
0
Azərbaycanın Gürcüstandakı turizm nümayəndəliyi: əcnəbilərin heyranlığı, azərbaycanlıların qüruru - REPORTAJ

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI