13 November
17

Keçibuynuzu bəhməzinin qızıldan qiymətli faydaları

Keçibuynuzu bəhməzi çox faydalı təbii müalicəvi vasitədir. Onun tərkibində bir çox orqanizm üçün vacib maddələr var - xolin, orqanik turşular, kalsium, maqnezium, marqans, dəmir, pektin, büzücü maddələr, vitaminlər və s.

Keçibuynuzu bəhməzinin bu kimi inanılmaz faydalı xüsusiyyətləri var:

- Öskürək zamanı çox yaxşı kömək edir, nəfəs yollarını selikdən təmizləyir, öskürəyi yümşaldır.

- İmmun sistemini möhkəmləndirir, soyuqdəymə zamanı sağalmanı tezləşdirir.

- Yuxunu yaxşılaşdırır.

- Ürəyin fəaliyyətini və arterial təzyiqi normallaşdırır.

- Qanda xolesterinin səviyyəsini aşağı salır.

- Dəmirlə zəngin olduğundan qanazlığı zamanı faydalıdır.

- Sümükləri möhkəmləndirir.

- Orqanizmi ziyanlı maddələrdən təmizləyir, antioksidant kimi təsir edir.

- Maddələr mübadiləsini sürətləndirir, arıqlamağa kömək edir.

- Miqren, depressiya, əsəbilik zamanı faydalıdır.

- Beyinin fəaliyyətinə müsbət təsir edir.

- Orqanizmə əlavə enerji verir.

Fins.az saglamolun.az-a istinadən bildirir ki, mütəxəssislər keçibuynuzu bəhməzini gündə 2 dəfə 1 x.q. (uşaqlarda 1 ç.q.) olmaqla yeməkdən 30 dəqiqə əvvəl qəbul etməyi tövsiyə edirlər.

Bəhməzin faydasını artırmaq üçün onu su və az miqdarda limon şirəsi ilə qarışdırıb içmək məsləhət görürlər.

Weather Icon
Bakı

seçilmiş FINS.AZ xəbərləri

107
Tanınmış tibb mərkəzindən 8 tender – MALLAR ALINIR
123
AFB Bank işçi axtarır - VAKANSİYA
144
İsveçrədə pulsuz təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

seçilmiş TURIZM.FINS.AZ xəbərləri

0
"Şəki Qala" restoranında fərqli Yeni İL - QİYMƏTLƏR
0
«Quba Palace Hotel»də Köhnə İlin son gününü və Yeni İlin ilk anlarını yaddaqalan edə bilərsiniz! - QİYMƏTLƏR
0
Buta Palace-da “Balacalar üçün böyük şənlik” - QİYMƏTLƏR

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI