26 September
46

Havalar soyuduqca bu qidalara üstünlük verilməlidir

Rasionun düzgün təşkil olunmaması və qeyri-sağlam qida məhsulu müxtəlif problemlərin yaranmasına zəmin yaradır. Protein, şəkər, yağ, mineral və vitaminlər ehtiyac duyduğumuz beş əsas qida ünsürüdür. Orqanizm həmin maddələri ət, yumurta, taxıl, tərəvəz və onlardan hazırlanan müxtəlif təbii içkilərdən alır.

Fins.az AZƏRTAC-a istinadən bildirir ki, son illərdə aparılan araşdırmalar göstərir ki, həmin qidaların tərkibində liflərin səhhətimizin qorunması və xəstəliklərin profilaktikası baxımından əhəmiyyəti böyükdür.

Yayın ən çox sevilən bostan bitkiləri qarpız və yemişin ləti həzm sistemi, qaraciyər xəstəlikləri və əsəb pozğunluğu problemlərinin aradan qaldırılmasına müsbət təsir göstərir.

Şaftalı, əncir, üzüm və gavalı kimi vitaminlərlə zəngin yay meyvələri müxtəlif xəstəliklərə qarşı mübarizədə orqanizmə kömək edir.

Sulu meyvələrdən üzüm, şaftalı və gavalının çoxluq təşkil etdiyi isti yay aylarından fərqli olaraq havalar soyuduqca S vitamini ilə zəngin narıngi və portağalla qidalanmaq soyuq qış aylarına hazırlıq xarakteri daşıyır.

Alma isə insanın ömrünü uzadır, ürək-damar sisteminin işinə müsbət təsir göstərir.
Weather Icon
Bakı

seçilmiş FINS.AZ xəbərləri

622
TuranBankdan çoxfunksiyalı kart!
488
"İmtiyazlı əhali qrupunun sığorta haqqı dövlət tərəfindən ödəniləcək"
568
Rövnəq Abdullayev: "Biz Türkiyənin ikinci ən böyük qaz tədarükçüsünə çevrilmək əzmindəyik"

seçilmiş TURIZM.FINS.AZ xəbərləri

0
Gürcü xəngəli artıq BURC QALA'da - 1 MANAT
0
Azərbaycan daha bir beynəlxalq mükafata layiq görülüb
0
Fairmont Flame Towers'də Yeni İl Uşaq Ziyafəti - BİLETLƏR

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI