01 October
61

Cəmi 3 gün fast-food yemək yaddaş və beyni zəiflədir

6 ay ərzində cəmi 5-6 həftə hər gün fast-food qidaları, bizdə bu dönər, hamburger, qızarmış toyuq, kartof, pirojki və s. hesab olunur yemək beynin fəaliyyətini tamamilə sıradan çıxara bilir.

Alimlər qeyri-düzgün qidalanma ilə yaddaşın getdikcə pisləşməsi arasında əlaqəni və təsiri araşdırıb.

Nəticələr göstərib ki, fast-food və un tərkibli bişmiş məmulatlar beyin hüceyrələrini zədələyir.

Fins.az medicina.az-a istinadən bildirir ki, bu tədqiqat Avstraliya alimləri tərəfindən kafeteriya dietasının, yəni kafe yeməklərinin və müxtəlif un məmumatlarının siçanların üzərində aparılıb.

Siçanları 4 qrupa bölüblər: bir qrupu yüksək yağ və şəkər tərkibli qidalar, 2-ci qrupu qeyri-sağlam qida, 3-cü qrupu kafeteriya fast-foodu, 4-cü qrupu isə yalnız sağlam qida ilə qidalandırıblar.

Eksperiment 6 həftə davam edib.

Sonda məlum olub ki, yalnız fast food yeyən siçanlarda yaddaş çox pisləşib.

1-ci qrupa daxil siçanlar olduqları yerdə oriyentasiyanı çətin tapırdılar, şəkər və yağlı qidaların qəbulu davam etdikcə vəziyyətləri lap pisləşirdi.

Zərərli qidalar və fast-foodla qidalanmanın ilk zərərli təsiri artıq 3 gün qidalanmadan sonra özünü göstərməyə başlamışdı. Kifayət qədər az müddətdir. Davam etdikcə və vaxt getdikcə daha da pis olur.

Alimlər qeyd edir ki, yeniyetmə və gənclərin fast-foodla qidalanması onlarda axtarış, predmetləri yadda saxlamaq qabiliyyətini aşağı salır.

Weather Icon
Bakı

seçilmiş FINS.AZ xəbərləri

582
TuranBankdan çoxfunksiyalı kart!
459
"İmtiyazlı əhali qrupunun sığorta haqqı dövlət tərəfindən ödəniləcək"
539
Rövnəq Abdullayev: "Biz Türkiyənin ikinci ən böyük qaz tədarükçüsünə çevrilmək əzmindəyik"

seçilmiş TURIZM.FINS.AZ xəbərləri

0
Gürcü xəngəli artıq BURC QALA'da - 1 MANAT
0
Azərbaycan daha bir beynəlxalq mükafata layiq görülüb
0
Fairmont Flame Towers'də Yeni İl Uşaq Ziyafəti - BİLETLƏR

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI